Modern.az

Nazarbayev partiya sədrliyindən İSTEFA VERDİ

Nazarbayev partiya sədrliyindən İSTEFA VERDİ

Aktual

23 Noyabr 2021, 14:42

Qazaxıstanın birinci Prezidenti-elbası Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərinin Prezident Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Aydos Ukibay bildirib.

 

“Partiyanın siyasi şurasının genişləndirilmiş iclasında Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərini Kasım-Jomart Tokayevə ötürmək qərarına gəlib. Səlahiyyətlərin ötürülməsi proseduru partiyanın nizamnaməsinə uyğun şəkildə həyata keçiriləcək”.

 

Qeyd edək ki, 2019-cu il martın 20-də prezident postundan istefa versə də, Təhlükəsizlik Şurasının rəhbəri və “Nur Otan” partiyasının sədri postlarında qalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi