Modern.az

“Dərhal delimitasiyaya başlamalıyıq” - Erməni deputat

“Dərhal delimitasiyaya başlamalıyıq” - Erməni deputat

23 Noyabr 2021, 15:40

1920-ci illərin xəritələri Azərbaycanla sərhədlərin müəyyən edilməsi üçün hüquqi əsasa malikdir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Koçaryan deyib.


“Ermənistanın baş naziri Rusiyanın Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflərini qəbul edərsə, deməli, bu ölkənin maraqlarından çıxış edir. Noyabrın 18-də hökumətin iclasında Paşinyan bildirib ki, Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiyaya hazırlıq mərhələsi ilə bağlı təkliflər verib və bu təkliflər Ermənistan tərəfi üçün məqbuldur. Biz dərhal demarkasiya və delimitasiyaya başlamalıyıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir