Modern.az

Ehtiyac meyarı ləğv oluna bilər

Ehtiyac meyarı ləğv oluna bilər

İqtisadiyyat

23 Noyabr 2021, 16:33

"Vergi Məcəlləsinə ediləcək dəyişikliklər nəticəsində aksiz vergisinin dərəcələrinin artırılması və bir sıra əmsalların tətbiq edilməsi təklif edilir".

 

Modern.az xəbər verir ki, bunu parlamentin bugünkü iclasında çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

 

O qeyd edib ki, yeni minik avtomaşınlarının idxalının rüsumu 0,4 dollar, köhnə maşınlarınkı isə 0,7 dollardan başlayır:

 

"Bu dəyişikliklər avtomobil parkının yenilənməsini nəzərdə tutur. Ona görə də gömrük rüsumlarında azalma müşahidə edilir".

 

Nazir ehtiyac meyarının ləğv edilməsi ilə bağlı təklifə də cavab verib:

 

"Ehtiyac meyarının yaşayış minumuma bərabər olması bildirilir. Bu istiqamətdə iş aparılır. Bu hədəfə nail olduqda ehtiyac meyarı ləğv oluna bilər".

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı