Modern.az

Aşqabadda Qəbələ barədə qərar qəbul olunub

Aşqabadda Qəbələ barədə qərar qəbul olunub

Aktual

5 Dekabr 2012, 10:44

Aşqabadda MDB-yə üzv ölkələrin xarici işlər nazirlərinin zirvə toplantısı keçirilib. Modern.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, nazirlərin görüşündə ölkələrarası əməkdaşlığın perspektivləri geniş müzakirə olunub. Görüşdə həmçinin əməkdaşlığın inkişaf etdirilməsi üçün ortaq layihənin qəbul edilməsi razılaşdırılıb. Sözügedən layihənin bu gün MDB dövlət başçıları Şurasının nəzərdə tutulacaq görüşündə qəbul ediləcəyi gözlənilir.

XİN rəhbərləri görüşündə humanitar sahədə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verildiyi bildirilib.  Həmçinin 2013-2014-cü illər üçün MDB ölkələri arasında humanitar əməkdaşlıqla bağlı keçiriləcək tədbirlərin siyahısı hazırlanıb. Gələn il Azərbaycanın Qəbələ şəhərində, Gümrü (Ermənistan) və Moqilevdə (Belarus) «MDB Mədəniyyət Paytaxtları dövlətlərarası proqramı» nın həyata keçirilməsi razılaşdırılıb. Qəbələ şəhəri “MDB-nin mədəniyyət paytaxtı”nın seçilməsində əsas namizəd olaraq qiymətləndirilir.

Görüşdə həmçinin terror və ekstremizmlə mübarizə, hərbi təhsilin inkişaf etdirilməsi, əməkdaşlıq razılaşması haqda da geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu gün Aşqabadda MDB-yə üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı keçiriləcək.

Anar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?