Modern.az

Bakıda beynəlxalq dini forum keçiriləcək

Bakıda beynəlxalq dini forum keçiriləcək

Aktual

5 Dekabr 2012, 11:34

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu ilə birlikdə  19-21 dekabr tarixlərində “Dövlət və Din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumunu keçirəcək.  Bu barədə Modern.az-a komitənin mətbuat xidmətindən məlumat verilib. Müasir dövrdə dövlət qurumları ilə dini təsisatlar arasında mövcud əlaqələrin inkişaf perspektivlərinə həsr olunmuş Forumun məqsədi dövlət-din münasibətlərinin tənzimlənməsində və dini tolerantlığın gücləndirilməsində beynəlxalq təcrübənin bölüşdürülməsidir.

Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçiriləcək Forumda konfransda müxtəlif ölkələrin din siyasətilə məşğul olan rəsmi şəxslərin, dinşünasların, ilahiyyatçıların, azərbaycanşünasların, qafqaz­şünasların, politoloqların, tarixçilərin, xaricdən dəvət olunan alimlərin, beynəl­xalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Azərbaycanda akkreditasiya  olunmuş səfirlərin iştirakı nəzərdə tutulur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır