Modern.az

Hansı universitetlərin veteran tələbələri var...

Hansı universitetlərin veteran tələbələri var...

24 Noyabr 2021, 10:53

Ötən ilin payızında baş vermiş 44 günlük Vətən müharibəsinin iştirakçıları arasında ali məktəblərin tələbələri də olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, ali təhsilini donduraraq müharibəyə yollanan və qayıtdıqdan sonra universitetlərə bərpa olunan müəyyən sayda tələbə var.

Əməkdaşımız həmin tələbələrin sayı ilə bağlı bir neçə universitetə müraciət edib.


Bakı Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda bu ali təhsil ocağında oxuyan 65 tələbə İkinci Qarabağ Müharibəsində iştirakçı olub.


Lənkəran Dövlət Universitetindən
bildirilib ki, Qarabağ müharibəsinə 28 tələbə yollanıb. Onlardan 3-ü şəhid olub. Digər 25 tələbədən 23-ü qayıdıb və təhsilini davam etdirir. İki tələbə isə hələ də hərbi xidmətdədir.


Azərbaycan Texniki Universitetindən
deyilib ki, 150-dən çox tələbə Vətən müharibəsində iştirak edib. Və onlar geri dönərək təhsillərini davam etdirirlər.


Baki Ali Neft Məktəbinin
mətbuat xidmətindən verilən məlumata görə, 44 günlük müharibədə iştirak etmiş 1 tələbə hazırda təhsilini davam etdirir.


ADA Universitetinin
mətbuat katibi Şəbnəm Məhərrəmovanın sözlərinə görə, bu ali təhsil ocağının xeyli məzunu Vətən müharibəsində iştirak edib. Hazırda təhsil alanlar arasında veteran tələbə yoxdur.

Azərbaycan Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov söyləyib ki, hazırda Vətən müharibəsi iştirakçısı olan 32 tələbə universitetdə təhsil alır:
“İkinci Qarabağ Müharibəsində iştirak etmiş 32 tələbəmiz hazırda təhsilini universitetimizdə davam etdirir. Bunlar arasında magistr, bakalavr və qiyabi təhsil alan tələbələr var”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı