Modern.az

Qızıl adamın haqqında film kimi FİLM

Qızıl adamın haqqında film kimi FİLM…

Mədəni̇yyət

24 Noyabr 2021, 12:06

Mərkəzi Asiyanın tam mərkəzində yerləşən Qazaxıstan Respublikası dünya kinosunda daha bir yenilik etdi. Buna qədər isə, “Monqol”, “Köçəri” filmləri ilə dünyanı mat qoya bilmişdi. Filmlər birbaşa  prezident Nursultan Nazarbayevin xeyir-duası ilə xarici rejissorlara sifariş edilmişdi. Deməzdim ki, Qazaxıstandakı rejissorlar istedadsızdır. Lakin dövləti qarışıq dünyanın qlobal problemləri və çağırışları içərisində keçmişi və tarixi ilə təqdim etmək üçün kino çox təsirli vasitədir. Nursultan Nazarbayev bunu da bacardı. Rusiya hökuməti Qazaxıstanın tarixinə istehza edəndə,  dünyanın tannmış resjissorları ilə birlikdə “Qazax xanlığı”, “Tomris”, “Amre” filmlərini ekranlaşdırdılar.


Bu il noyabrın 5-də  VII  Asiya Dünya Kinosu Festivalında “Qazax. Qızıl adamın hekayəsi” sənədli bədii filmi amerikalıların təqdimatında  əsas elementlərdən biri sayılıb. Qalib filmlər arasındadır.


Filmin rejissoru  məşhur amerikalı kino ustası, ssenarist Oliver Stoun və Ukrayna əsilli möhtəşəm və tarixi filmlər müəllifi, rejissor İqor Lopatyenokdur.


İki gün əvvəl Qazaxıstanın Azərbaycandakı səfirliyi kinorejissor İqor Lopatyonokun iştirakı ilə “Nizami” Kinoteatrında həmin filmin təqdimatını keçirdi.


Bilirsinizmi film kimdən bəhs edir?! Türk tarixinin Qızıl adamı, Elbası Nursultan Nazarbayevdən. Yox, bəhs etmir. Hər iki dünya şöhrətli məşhur rejissor Nursultan Nazarbayevin öz dilindən danışdığı həyatının maraqlı və tarixin səhifəsini dəyişən, tarixi dəyişən, qazax xalqını yoxdan var edən məqamlarını filmləşdirib. Özü də necə bir film... Film kimi bir film...


Suallar açıq. Cavablar açıq. İstər ailə həyatı, istər ailəsində korrupsiyaya qurşanmış adamlar haqqında o qədər açıq danışır ki... Və böyük qızı Dariqa Nazarbayevayanın həyatında baş verənlərə təəssüfləndiyini də qeyd edir.

Elbaşı Nursultan Nazarbayev uşaqlığından danışarkən deyir ki, “atam mənim oxumağıma razı deyildi. İstəyirdi ki, əkində-biçində ona kömək edim...”.

Fəhləliyindən Kommunist Partiyasındakı fəaliyyətinə qədər, Qazaxıstanın Müstəqilliyindən bu gününə qədər imzaladığı və açdığı bütün tarixləri elə gözəl, elə dplomatik bir üslubda danışır ki...  İnsan heyrətlənir... Onu bir də yenidən kəşf edirsən.

8 bölümdən ibarət olan filmin hər bölümümn başlanğıcında Qazaxıstanın ucsuz-bucaqsız çöllərinin üzərində,  mavi səmalarında müxtəlif rakurslarda  bir qartal uçaqraq ekrana gəlir... Gözəl tapıntıdır.

Bilgə Nursultan Nazarbayev əli və başı qanlı Mixail Qorbaçevdan danışanda onu sevmədiyini də qeyd edir. Bunun əvəzində Boris Yeltsinlə olan dostluğundan sevgi və məhəbbətlə, əsl dost kimi danışır. MDB-nin yaranması haqqında Belovejsk şəhərində imzalanan Deklarasiyaya  aydınlıq gətirir. Sovet İttifaqı Mərkəzi Komitəsində necə böyük nüfuza malik olduğunun şahidi olursan.

İlk dəfə nüvə silahından 29 avqustda necə imtina etdiyini, bütün böyük güclərin ona qarşı olmasına baxmayaraq, təkbaşına belə bir qərarı verdiyini və xalqını böyük bir bəladan qurtardığını qeyd edir.

O, həm sözünü deyə bilən, həm də sözünün ağası olan bir kişidir.

Nursultan Nazarbayevin özünə məxsus olan bu mərdanə keyfiyyətlərini Oliver Stoun və İqor Lopatyonok elə ustalıqla lentə alıblar ki, tamaşaçıya yalnız heyrətlənmək qalır.  İstər Rusiya,  Çin və Amerika ilə dövləti münasibətləri elə incələyir ki... Diplomatik gedişlərində Şərqin incə məsələ olduğunun  və bu böyük Bilgənin necə böyük starteq olduğunun  fərqində olursan.

Film həm də ona görə maraqlıdır ki, istedadlı rejissorlar hunlardan,  saklardan bu tərəfə gələn tarixi də Nursultan Nazarbayevin öz dili ilə səsləndirirlər.

Filmin sonunda Qazaxıstanda Almatı şəhərinin yaxınlığında tapılan Qızıl adam heykəlindən bəhs olunur. Və ekrana iki Qızıl adam gəlir. Biri bu günümüzdə bizimlə yaşayan, tariximizin şahidi Nursultan Nazarbayev, biri də Nursultan Nazarbayevin hakimiyyəti dövründə tapılan Qızıl adam artefaktı.

Film ekranda canlandırıldıqca, yaddaşımı vərəqləyirəm. Burada danışılanların əksəriyyətini  mən “Nursultan Nazarbayev: Həyatı” kitabını tərcümə edərkən oxuyub, yaddaşımın qızıl səhifəsinə yazmışam.  Bu kitaba görə də Nursultan Nazarbayevin imzası ilə Qızıl rəngində medal da almışam.

Dünən fərqli bir gün yaşadım. "Qazax. Qızıl adamın hekayəsi" filmi yaddaşıma yazılan, əhval-ruhiyyəmi dəyişən bir film oldu.

Filmi izləyərkən içərimdə bir ağ həsəd var idi: düşünürdüm ki, Azərbaycanda Dövlət başında olan AXC Boris Yeltsinlə dil tapa bilsəydi, indi bu qədər itkilərimiz olmayacaqdı. Ən azı bizim də Nursultan kimi yeni bir şəhərimiz olardı. Yurdlarımız viran qalmazdı.  

Bir də ona təəssüf etdim ki, görəsən biz niyə Aprel döyüşləri, Vətən müharibəsi, savaşımızın sərkərdəsi Ali Baş Komandan İlham Əliyev haqqında belə bir film sifariş edə bilmirik?! Axı özümüzdə belə rejissorlar qalmayıb. Onları iddialı və rüşvətxor kino və teatr direktorları məhv edib, sıradan çıxarıblar. Barı uzaqlara sifariş etsəydik... Milli maraqlarımızı qorumaq şərti ilə... Ötənlərdə bahalı qiymətə çəkilib, tarixin zibil yeşiyinə atılan filmləri saymıram. Görəsən bizdə də işi çox dil bilənə, “modern”  uşaqlara deyil, iş bilənə gördürsələr, qiyamət qopmaz ki...

Bir həqiqəti unutmaq olmaz ki, bütün zamanların və dövlətlərin tarixlərini bəzən uzaqdan gətirilən tarixçilər doğru yazırlar. Əmir Teymurun həyatını yazan ispaniyalı  Rui  Qonsales De Klavixo, Şərafəddin Əl Yəzdi kimi...

Qızıl kimi film haqqında bu düşüncələrimi bəlkə də bizim yuxarıda oturanlarımızdan oxuyan oldu, böyüklərə bu fikrimi çatdıran oldu... Nə bilmək olar. Yanlış da bir naxışdır. Oxuyub da Vətənimizin qəhrəmanlarının Zəfərindən, türk dünyasınnı tarixini dəyişən Fateh İlham Əliyev haqqında bir film çəkdirələr...

Və bir daha, xatırladım ki, Oliver Stoun və İqor Lopatyonokun “Qazax. Qızıl adamın hekayəsi” sənədli filmi film kimi bir film idi.


Aida Eyvazlı Göytürk

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır