Modern.az

İran şahının arvadı Bakıdakı Azadlıq meydanının fotosunu yayıb

İran şahının arvadı Bakıdakı Azadlıq meydanının fotosunu yayıb

İqtisadiyyat

5 Dekabr 2012, 12:47

Kraliça meydan hərəkatının ildönümü günü internet səhifəsində şəkil paylaşıb 

Sonuncu İran şahı Məhəmməd Rza Şah Pəhləvinin həyat yoldaşı Fərəh Pəhləvi Azərbaycanın rəsmi bayramı olan 17 noyabr Milli Dirçəliş günündə özünün facebook-dakı rəsmi səhifəsində Bakıdakı Azadlıq meydanının fotosunu yerləşdirib.
“Bakı, Azərbaycan” yazan Fərəh Pəhləvi bu şəhəri çox sevdiyini vurğulayıb. Şəkilə yazılan şərhlərdə Fərəh xanıma minnətdarlıq ifadə olunub. Hətta ona “Kraliça, siz Bakıdasınız?” kimi suallar da ünvanlanıb. 

Qeyd edək ki, 1988-ci ildə Azadlıq meydanında başlanmış etiraz nümayişləri sonradan Azərbaycanda milli-azadlq hərəkatının əsasını qoyub. Bunun nəticəsində 1991-ci ilin oktyabrında Azərbaycan müstəqil dövlət kimi istiqlalını elan edib.

Maraqlıdır ki, bir neçə ay əvvəl Fərəh xanım öz səhifəsində ADR-in qurucusu Məhəmməd Əmin Rəsulzadənin də fotosunu yerləşdirmişdi.  O, M.Ə. Rəsulzadəni “böyük siyasi xadim” adlandırmışdı.   

Fərəh Pəhləvi 1972-ci ildə Bakıda olub.

X. SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır