Modern.az

Əvəz Zeynallı-Gülər Əhmədova dueli hələ də davam edir

Əvəz Zeynallı-Gülər Əhmədova dueli hələ də davam edir

5 Dekabr 2012, 13:01

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının bu gün növbəti məhkəmə prosesi olacaq. Modern.az xəbər verir ki, baş redaktorun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində olacaq.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Ə. Zeynallı sabiq millət vəkili Gülər Əhmədovanın iddiası əsasında həbs olunub. Ə.Zeynallının tələblərinə baxmayaraq, G.Əhmədova hələ də məhkəməyə gəlməyib.

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər