Modern.az

İctimai Palata üzvü: “Seçkidə vahid namizədlə iştirak prioritet, amma həm də nisbi ehtimaldır”

İctimai Palata üzvü: “Seçkidə vahid namizədlə iştirak prioritet, amma həm də nisbi ehtimaldır”

Təhsil

5 Dekabr 2012, 16:24

“İctimai Palatanın Koordinasiya Şurasının yayımladığı memorandumunda 2013-cü il prezident seçkisində vahid namizədlə bağlı iştirak nəzərdə tutulub”.

Bunu Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının cəbhəçi üzvü Fuad Qəhrəmanlı bildirib. O, qeyd etdi ki, vahid namizədlə iştirakla əlaqədar məsələ İctimai Palatada öz həllini tapacaq.

“Bu gün İctimai Palata daxilində və cəmiyyətdə ümumi fikir ondan ibarətdir ki, bütövlükdə müxalifət vahid namizədlə çıxış etsin. Yəqin ki, İP-də bununla bağlı müvafiq addımlar atılacaq. Biz bu istiqamətdə işlər aparırıq və çalışırıq ki, təkcə öz daxilimizdə deyil, kənarda olan şəxsləri, partiyaları da bu işə cəlb edək. Ümumiyyətlə, daha geniş təmsilçilik statusuna malik olan vahid namizəd ideyası qəbul olunsun”.  

Seçkilərin boykot edilməsi ilə bağlı iddialara da aydınlıq gətirən Fuad Qəhrəmanlının fikrincə, taktikaları dəyərləndirərək bu məqamlara diqqət yetirilməlidir.

“Bu qərar kampaniyaya start verilən ərəfədə təhlil edilməlidir və şərtlər nəzərə alınmalıdır. Burada hansı metodların dəyərli olub-olmamasının analizi aparılmalıdır və ondan sonra qərar verilməlidir. Hələlik isə prioritet seçkidə iştirakdır. Amma bu da nisbi xarakter daşıyır”.

 
Aqşin Kərimov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi