Modern.az

Nigar yenə də həbsdə qaldı, növbəti məhkəmə dekabrın 7-si olacaq

Nigar yenə də həbsdə qaldı, növbəti məhkəmə dekabrın 7-si olacaq

Təhsil

5 Dekabr 2012, 16:35

Müsavat Partiyasının üzvü Nigar Yaqublunun məhkəməsi dekabrın 7-nə kimi təxirə salınıb. Bu barədə Modern.az-a Nigar Yaqublunun atası Tofiq Yaqublu məkumat verib. Onun sözlərinə görə, məhkəmə zamanı bütün şahidlər dindirilib. Vəkillər isə bildiriblər ki, bütün sənədlər saxtalaşdırılıb. Onlar deyiblər ki, inanmırlar hakimin bütün fəaliyyəti dövrü bu qədər saxta sənədlər hazırlansın.

“Telefon dinlənməsi, Nigar Yaqublu ilə bağlı məhkəməyə təqdim onuan sənədlərin heç biri düz deyil. Hamısı aydınca görünür ki, qurama işlərdir”.

Tofiq Yaqublunun dediyinə görə, hakim vəkillərin etirazlarına heç bir söz tapa bilmədiyindən vəziyyətdən çıxış yolu kimi məhkəməni iki gün də təxirə salmalı olub. Belə ki, növbəti məhkəmə dekabrın 7-nə saat 15:30 təyin olunub.

Millət vəkillərinin də müraciətinə baxılmadığını söyləyən Tofiq Yaqublunun dediyinə görə, deputatların tələbi Nigarın azadlığa buraxılması ilə bağlı idi.

Qeyd edək ki, Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub. 

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı