Modern.az

Putin ATƏT-i darmadağın etdi, MDB ölkələrini “vahid məkan”a çağırdı - HADİSƏ

Putin ATƏT-i darmadağın etdi, MDB ölkələrini “vahid məkan”a çağırdı - HADİSƏ

Təhsil

5 Dekabr 2012, 17:03

Kremlin sahibi ATƏT-i “ayrı-ayrı ölkələrin marağına” xidmət etməkdə  günahlandırıb

Rusiya pezidenti Vladimir Putin Türkmənistanda keçirilən MDB dövlət başçılarının sammitində ATƏT-i “ayrı-ayrı ölkələrin marağına” xidmət etməkdə günahlandırıb və MDB ölkələrini bu qurumun fəaliyyətində koordinasiyalı fəaliyyətə çağırıb.
Modern.az saytı bildirir ki, Putin ATƏT-in hazırki fəaliyyətinin ürəkaçan olmadığını vurğulayıb.

“ATƏT-in hazırki vəziyyəti heç bir nikbinlik vəd etmir. ATƏT ayrı-ayrı ölkələrin  maraqlarına xidmət etmək yolundan imtina etməlidir. Qurum bütün diqqətini birləşdirici gündəmin formalaşmasına yönəltməlidir”-deyə Putin bildirb.

Daha sonra Putin MDB ölkələri arasında iqtisadi əməkdaşlıq fəaliyyətinin prioritet olduğunu deyib. O iqtisadi böhranla mübarizə üçün MDB çərçivəsində Azad Ticarət Zonası haqqında müqavilənin imzalanmasının vacib olduğunu bildirib.

“MDB ölkələrinin böyük əksəriyyəti artıq müqaviləni imzalayıblar və ratifikasiya ediblər. Biz ümid edirik ki, son qərar qəbul etməmiş ölkələr yaxın gələcəkdə bu müqaviləyə qoşulacaqlar. Sənəd ilin sonuna qədər MDB ölkələri tərəfindən ratifikasiya olunacaq”.

Putin müqaviləni imzalmağa hazır olan iki dövlətin - Qırğızıstanın və Taciksitanın adını çəkib.

Sammit çərçivəsində imzalanacaq MDB ölkələrinin valyutalarının inteqrasiyasına dair sazişi yüksək qiymətləndirən Putin bildirib ki, bu addım Gömrük İttiifaqı və Vahid İqtisadi Məkanın yaradılmasına imkan verəcək. 

“Biz bu qurumlara daxil olmaq arzusunu dilə gətirən və bu birliklərə inteqrasiya edən ölkləri alqışlayırıq. Təkrar edirəm: arzu edən və hazır olanları. Bu proses qarşılıqlıdır”.

Putin həmçinin qeyd edib ki, hərbi sahədə əməkdaşlığa mühüm önəm verir. “Bu və dediyim digər istiqamətlər MDB-nin statusunun yüksəlməsində böyük rol oynayacaq”.


Xaqani SƏFƏROĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür