Modern.az

Azərbaycan deputatları müxtəlif ölkələrə gedirlər

Azərbaycan deputatları müxtəlif ölkələrə gedirlər

5 Dekabr 2012, 18:30

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd  Seyidov  Xəzər Strateji İnstitutunun  enerji məsələlərinə  həsr  olunmuş  forumunda  iştirak etmək üçün  Türkiyənin İstanbul şəhərində səfərdədir. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Deputatımız tədbirdə  müzakirə olunacaq  məsələlərə öz münasibətini  bildirəcək, fikirlərini açıqlayacaq.

Səfər dekabrın 6-da  başa çatacaq.

Milli Məclisin deputatları Qənirə Paşayeva və Adil Əliyev isə “Dağlıq Qarabağ münaqişəsi və Cənubi Qafqaz regionunun təhlükəsizliyi” mövzusunda dekabrın 10-da keçiriləcək konfransda  iştirak  etmək  üçün  Niderland Krallığının Haaqa  şəhərinə  səfər  edəcəklər.

Beynəlxalq İnsan Haqları  gününə təsadüf  edən  tədbirin məqsədi Ermənistanın işğalı nəticəsində azərbaycanlıların etnik təmizləmə  siyasətinə məruz qalması, işğal altındakı ərazilərdə  xalqımıza məxsus  tarixi və mədəni abidələrin  dağıdılması,  Dağlıq Qarabağ münaqişəsi  barədə dünya ictimaiyyətinin  daha ətraflı məlumatlandırılmasıdır.

 Millət vəkilləri Jalə Əliyeva  və Qənirə Paşayeva  həmçinin Avropada  Təhlükəsizlik və Əməkdaşlıq  Təşkilatının Avropa  Parlamenti ilə birgə təşkil etdiyi “ATƏT regionunda  qadın deputatlar  üçün  parlament strukturlarının  möhkəmləndirilməsi” mövzusunda  dekabrın 12-də Avstriyanın paytaxtı Vyana  şəhərində keçiriləcək konfransda  iştirak etmək üçün bu ölkəyə səfər edəcəklər.

Tədbirin əsas məqsədi  quruma üzv dövlətlərin  qadın deputatları arasında təcrübə mübadiləsini genişləndirməkdir. Deputatlarımız bu sahədə  parlament  strukturlarının təsisi  və inkişafına dair fikir mübadiləsi aparacaqlar.

Parlamentin digər üzrü Çingiz  Qənizadə  isə TürkPA Beynəlxalq Əlaqələr  Komissiyasının  ikinci iclasında  iştirak etmək üçün dekabrın  10-dan 13-dək Qazaxıstana  səfər edəcək.

Astana  şəhərində  keçiriləcək  tədbirdə  “Türkdilli dövlətlər  arasında  münasibətlərin  inkişafında  Türk  şurası, TürkPA və Türksoyun  yeri və rolu”  mövzusunda  hesabat məruzəsi  dinləniləcək, türk dünyasının qlobal siyasi arenada  yeri  haqqında  fikir mübadiləsi  aparılacaq.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi