Modern.az

Dövlət orqanlarının "yüksək vəzifəli şəxsləri" yaxalanıb

Dövlət orqanlarının "yüksək vəzifəli şəxsləri" yaxalanıb

5 Dekabr 2012, 23:27

Dələduzlar külli miqdarda pul ələ keçiriblərmiş...

Dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə edən şəxslər barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Biləsuvar rayon sakini Əliyev Səbuhi Bayram oğlu və qeyrilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar üzrə araşdırma aparılıb.

Müəyyən edilib ki, Səbuhi Əliyev özünü Türkiyə Respublikasının vətəndaşı “Əmrə Ünlü Miyaroğlu” kimi təqdim edərək qeyriləri ilə cinayət əlaqəsinə girib aldatma yolu ilə, yəni onlara guya təmir-tikinti sahəsində dövlət layihələrinin həvalə olunması adı ilə dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə etməklə 2012-ci ilin iyul-sentyabr aylarında “Kapital” MMC-nin nümayəndəsi Ramiz Hüseynovdan “Azərsu” ASC-nin Xızı rayonunda tikilməsi planlaşdırılan su anbarının tikintisi üçün 14 min 200 manat pul alıb.

Bundan başqa, onlar cinayət əməllərini davam etdirərək “Rifah-inşaat” MMC-nin rəhbəri Abbas Rüstəmovdan “Qızıl-Qaya” su anbarının tikintisi adı ilə 10 min, həmçinin Quba rayonunda 4 orta məktəbin tikintisi üçün isə daha 20 min manat pul alaraq külli miqdarda özgə əmlakını ələ keçiriblər.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

Modern.az
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?