Modern.az

Dünyanın ən güclü liderləri - SİYAHI

Dünyanın ən güclü liderləri  - SİYAHI

6 Dekabr 2012, 10:17

Forbes jurnalı "Dünyanın ən güclü insanları"nın yeni reytinqini açıqlayıb. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama aparılan sorğu nəticəsində “Dünyanın ən güclü insanı” seçilib.

71 nəfərin iştirak etdiyi siyahıda Obamanı Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin izləyib.

"Dünyanın ən güclü insanları" siyahısında 4-cü yerdə Microsoft şirkətinin sahibi, milyarder Bil Qeyts, 5-ci yerdə isə Katolik dünyasının ruhani lideri Papa XVI Benedikt qərarlaşıb.

Forbesin tətbiq etdiyi reytinq siyahısında ABŞ-ın Mərkəz Bankının rəhbəri Ben Bernanke isə 6-cı olub.

Fransanın yeni prezidenti Fransua Olland rəqiblərindən xeyli geridə, 14 pillədə yer alıb.

Siyahının ən gənc üzvü isə Facebookun 28 yaşındakı qurucusu Mark Zukerberg 25-cidir.

 İngiltərənin baş naziri David Kemeron, İtaliya Baş naziri Mario Monte və BMT-nin baş katibi Pan Gi Mun da "Dünyanın ən güclü insanları" insanları arasında yer alıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir