Modern.az

Qarabağ ədalət istəyir, haqqın səsini eşidin...

Qarabağ ədalət istəyir, haqqın səsini eşidin...

6 Dekabr 2012, 10:50

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsi davam edir. Bu layihə çərçivəsində deputat Aqil Abbasın təqdim etdiyi “Gənclər və Qarabağ” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

Vətənpərvərlik – sadə dillə, vətənini sevmək və qorumaq, lazım olduğu an göz görə-görə fəda olamqdır Vətən üçün. Bu gün gənclərin bəlkə də ən çox qınanıldığı mövzulardan biridir bu. Hər addımlarında onlardan  tələb olunur  vətənpərvər olmaq. Vətənpərvərlik - özü üçün deyil, bu gün üçün deyil, gələcək üçün yaratmaqdır, “Mən üçün” deyil “Bizlər üçün”, “Millət üçün” düşünməkdir.
     Azərbaycan, yəni Azərbaycan torpaqları və dolayısıyla Azərbaycan dövləti nəzərdə tuturuq  hər dəfə Vətən dediyimizdə. Hər bir suveren və demokratik dövlət kimi Azərbaycanın da ali məqsədidir ki,  öz vətəndaşlarının hüquq və azadlıqlarımızı təmin etsin. Bəs bunun qarşılığında  bizim məsuliyyətimiz, vəzifələrimiz nədir?  Təbii olaraq, bizim üçün layiqli həyat şəraiti yaradan dövlətimizi qorumaq, Vətənimizi müdafiə etməkdir.

     Bəs heç bir qarşılıq görmədən necə vətənpərvər olmaq olar?  Bu bir emosional  bağlılıqdır öz vətəninə. Bəzi insanlar yaşadığı və  vətəndaşı olduğu dövləti,  sadəcə “mənim dövlətim” dediyi üçün sevir.  Bu eqosentrik bir bağlılıqdır məncə. Bəziləri isə ata-babalarının qoruyub bu günə kimi gətirdiyi, sevdiyi, uğrunda canını verdiyi bir vətəni sevir. Bu isə bir növ mühafizəkar bağlılığı ifadə edir. Bəs bütün bu hisslər fədakarlıq etmək, mənfəətini qurban vermək və öz canından keçmək üçün kifayətdirmi?

Vətənpərvərlik sadəcə birtərəfli sevgidirmi?  Vətənpərvərlik sadəcə eqosentrik və ya mühafizəkar bir emosianal bağlılıqdırmı? Yoxsa bütün bunlarla yanaşı vətənpərvərlik həm də vətənin öz vətəndaşını sevməsi, onu qoruması, hüquq və azadlıqlarını təmin etməsi və ona layiqli həyat şəraiti təmin etməsidirmi?  
      Əsl vətənpərvərlik sadəcə vətəndaşın hissi olaraq vətənə bağlanması yox,  həm də vətənin onu sevməsi, onun üçün nəsə etməsidir. Vətənpərvərlik qarşılıqlı sevgi əsasında qurulduğu zaman müdafiə oluna bilməyəcək torpaq, məğlub edilə bilməyəcək düşmən qalmaz !!!  Amma bu o demək deyil ki, Vətənimizi yalnız bizim üçün nəsə etdiyi zaman sevməliyik !
      Bu gün vətənpərvərlik deyərkən Qarabağı yada salırıq. Bəs Qarabağ deyərkən nəyi yada salmalıyıq? Vətən... Bəlkə də, bizim içimizdəki torpaq sevgisi Qarabağda ürəklərə doldu, paslanmış beyinləri yenidən oyatdı, sevgiləndirdi, yenidən həyata qaytardı Vətən sevgisinin sədaları altında. Yenidən alovlandırdı məhşər dağının qığılcımı ilə.

     Bəs hardan başlayır Vətən?  Vətən bizim dünyaya göz açdığımız gündən elə özümüzdən başlayır.  Hər kəs öz sevgisi, məhəbbəti, varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki, Vətən, Millət yaşasın.     
       
Qarabağ ədalət istəyir, haqqın səsini eşidin...

        Azərbaycan xalqının bugünədək  məruz qaldığı onlarca təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi qiyməti almayıb. Həmin tarixlər azadlığımızın misilsiz nemət olduğunun dərk edildiyi günlərin sübutudur. Bizdə hələ də bu hadisələrə emosiya, kədər kimi sırf pafoslu münasibət qalır. Bunun üçün ilk növbədə Vətən uğrunda canlarından keçmiş qəhrəmanlara hörmət və ehtiram göstərilməli və onların qəhrəmanlığı, xüsusilə də Azərbaycanın Milli Qəhrəmanları barədə məlumat bütün informasiya vasitələri ilə və ilk növbədə yeni medianın imkanlarından istifadə etməklə geniş təbliğ edilməlidir. Eyni zamanda torpaqlarımızla bağlı tarixi reallıqları da doğru şəkildə qeyd etməliyik. Məsələn, bu gün Azərbaycan-Türk gənci olaraq tarixən bizim olan mədəniyyətin, torpaqların gerçəkdən də bizə məxsus olduğunu tanıtmalıyıq.

     Bu gün hər kəs əlində bir bayraq, “vətənpərvərəm” dəyə hayqırır. Vətənpərvərlik sözlə deyilib bitmir. Millət təqvimdə qara rəqəmləri görüb əlinə dəsmal alıb ağlayır. Göz yaşları ilə vətənpərvərlik qazanılmır. Qara torpaq altında yatan Şəhidin qanı göz yaşı ilə yuyulmur. Saxta simalar bir-birilərini aldadır, adına da vətənpərvərlik deyir. Sər-səfil bu qədər insan bu gün hazırdı sabaha qan ağlasın, saxta göz yaşlarını düşünmədən töksün. Heç olmasa yalandan söyləməyin, “vətənpərvərəm” deyə. Bu torpaq yalanı sevmir.      

Bir də ki, əgər mənim vətənpərvərliyim “Vətənpərvərsən?”  sualına “Hə” və ya “Yox” cavabını  vərməyimlə müəyyən olunursa,  Xeyr deyiləm !!!

 

Baba YAŞAROĞLU

Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir