Modern.az

Ukraynada hərbi vəziyyət elan oluna bilər

Ukraynada hərbi vəziyyət elan oluna bilər

26 Noyabr 2021, 13:15

Genişmiqyaslı əməliyyatlar başlasa, Ukrayna hakimiyyəti hərbi vəziyyət tətbiq edə bilər.

 

Modern.az xəbər verir ki, bunu “Xalqın xidmətçisi” partiyasından olan deputat Oleq Seminski deyib.

 

"Biz hamımız ümid edirik ki, bu baş verməyəcək, lakin panikaya düşməməli, ayıq başla hərəkət etməli və bunun həqiqətən baş verə biləcəyinə hazır olmalıyıq. Bu baş verərsə, biz dövlət olaraq sona qədər mübarizə aparmalıyıq”.

 

Qeyd edək ki, indiyədək Ukraynada hərbi vəziyyət yalnız bir dəfə - 2018-ci ilin noyabrında tətbiq edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi