Modern.az

Zakir Qaralov 3 rayona yeni prokuror təyin etdi

Zakir Qaralov 3 rayona yeni prokuror təyin etdi

6 Dekabr 2012, 11:09

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə prokurorluq sistemində daha bir sıra kadr dəyişiklikləri edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Modern.az-a bildirib. 
Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Pənah Abbasov və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mövlud Osmanov tutduqları vəzifədən azad edilərək müvafiq olaraq İmişli və Oğuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.

Baş prokurorun digər əmri ilə Həsən Mirzəyev isə Balakən rayon prokuroru vəzifəsinə təyin edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI