Modern.az

ATƏT baş katibi Qarabağla bağlı mesaj verdi: ”Vəziyyət ciddi narahatlıq yaradır” - AÇIQLAMA

ATƏT baş katibi Qarabağla bağlı mesaj verdi: ”Vəziyyət ciddi  narahatlıq yaradır” - AÇIQLAMA

6 Dekabr 2012, 11:25

Qəribə açıqlama: “Azərbaycan və Ermənistanın hərbi qüvvələri ortaq razılaşma əldə edərək atəşkəsin pozulmasının qarşısını ala bilərlər

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət həqiqətən çox ciddi narahatlıq yaradır” Modern.az-ın məlumatına görə, bu fikirləri ATƏT-in baş katibi Lamberto Zannier Rusiyanın RİA Novosti xəbər agentliyinə açıqlamasında bildirib.

ATƏT-in baş katibinin sözlərinə görə, xairici işlər nazirləri ATƏT-in Minsk qrupu həmsədrləri ilə mütəmadi bir yerdə çalışarlarsa müəyyən irəliləyişə nail olmaq olar. Lamberto Zannier  həmçinin XİN rəhbərlərinin Dublin görüşünə böyük ümid bəslədiyini deyib.

Zannierin sözlərinə görə, hazırki durumda Ermənistanda olduğu kimi Azərbaycanda da prezident seçkiləri öncəsi atılan kiçik bir addım belə problemin həllinə müəyyən təsir göstərəcək.

ATƏT rəsmisi Dağlıq Qarabağ problemi ilə bağlı həmçinin onu da qeyd edib ki, sülh müzakirələrinin səmərəli icrası üçün tərəflər siyasi iradə nümayiş etdirməlidir.

Zannier cəbhə bölgəsində atəşkəs rehiminin tez-tez pozulması məsələsinə toxunaraq hərbi qüvvələri ortaq danışıqlara çağırıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın hərbi qüvvələri ortaq razılaşma əldə edərək atəşkəsin pozulmasının qarşısını ala bilərlər.

Zannier həmçinin vurğulayıb ki, hər iki ölkənin  qeyri-hökumət təşkilatlarını və media qurumlarını insanlar arasındakı təması da artıraraq lazımı təhlükəsiz mühiti formalaşdıra bilərlər.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi