Modern.az

Son sutkada YOLUXANLAR

Son sutkada YOLUXANLAR

Hadisə

26 Noyabr 2021, 15:05

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1997 yeni yoluxma faktı qeydə alınıb, 2319 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

 

Ölkədə indiyədək ümumilikdə 582504 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 547354 nəfər müalicə olunaraq sağalıb, 7767 nəfər vəfat edib, aktiv xəstə sayı 27383 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12210, ötən müddət ərzində isə ümumilikdə 5497719 test aparılıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar