Modern.az

Rusiya Soçi görüşündən nə gözlədiyini BƏYAN ETDİ

Rusiya Soçi görüşündən nə gözlədiyini BƏYAN ETDİ

26 Noyabr 2021, 15:16

Rusiya tərəfi gözləyir ki, Soçi görüşündə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün perspektivli istiqamətləri müəyyən etmək mümkün olacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

 

Onun sözlərinə görə, Rusiyanın gözləntisi regionda çoxdan gözlənilən sülh və sabitliyin daha tez bərqərar olmasıdır:

 

“Görüş bütövlükdə 10 noyabr 2020-ci il tarixində üçtərəfli atəşkəs sazişinin imzalanmasından sonra ötən ilin müəyyən nəticələrinə yekun vurmaq, sülh prosesinin irəliləməsi üçün nələrin edildiyini və bundan sonra nələrin edilə biləcəyini görmək məqsədi daşıyır. Ümid edirik ki, bu görüşdə sazişi imzalayan üç ölkənin liderləri perspektivli istiqamətləri açıqlayacaqlar. Qarabağ regionunda nizamlanma prosesində hələ də hamıya məlum olan problemlər var. Bunlar həm də nəqliyyat kommunikasiyalarının bloklanmasına, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına aiddir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi