Modern.az

VHP İrandan Güney Azərbaycan türklərinin haqlarını təmin etməyi tələb edir

VHP İrandan Güney Azərbaycan türklərinin haqlarını təmin etməyi tələb edir

19 Fevral 2010, 13:03

Vətəndaş Həmrəyliyi Partiyası 21 fevral Ümumdünya

Ana dili günü ilə bağlı bəyanat verib. Bəyanatda bildirilib ki, İran adlanan ərazinin tarixi türk torpaqları olması və Azərbaycan türklərinin burada ta qədim zamanlardan dövlətlər qurması həqiqətdir. “Tarixi gedişat bu ərazidə siyasi hakimiyyətin farsların əlinə keçməsinə gətirib çıxarıb. Fars şovinist rejimi nəinki bu məkanın aborigen xalqının türk olmasını qəbul edir, əksinə bütün inzibati və siyasi resurslarını Azərbaycan türkünün bir millət kimi məhv olmasına yönəldib. Hər il azərbaycanlılara qarşı təqib və təzyiqlər daha da şiddətlənir, öz milli hüquqlarını tələb edən soydaşlarımız həbs olunur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, milli fəallar məhkəmələrdə ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilir, eyni zamanda hərəkatçılar müəmmalı şəkildə qətlə yetirilir. İran adlanan yerin əhalisinin böyük əksəriyyətinin türk olmasına baxmayaraq, fars şovinizmi onlar üçün bir dənə də məktəb açılmasına imkan vermir. Bir çox hallarda türklərin öz ana dilində danışmaları belə yasaqlanır. Halbuki fars şovinist rejiminin mənafeyinə xidmət edən konstitusiyada belə vətəndaşların ana dilində təhsil almaq, yazıb-oxumaq hüquqları təsbit olunub. Ancaq reallıqda bu öz əksini tapmır. Ana dili haqqı uğrunda mübarizədə həbs olunan, sürgün edilən, zindanlarda çürüdülən, öldürülən soydaşlarımızın sayının minlərlədir”. VHP bəyan edib ki, İran adlanan yerdəki fars şovinist rejimi 40 milyondan artıq Azərbaycan türkünü əsarətdə saxlayır. “Bu gün İran adlanan yerin məhvi və bölgəyə uzunmüddətli barış, dünyaya bir çox təhlükələrdən qurtuluş üçün də əsas yük türk millətinin üstünə düşür. Türk milli marağına zidd olan böyük güclər belə İran adlanan yerin məhv edilməsində Azərbaycan türkünün böyük rolu olacağını etiraf etməkdədir. Bu gün fars şovinizminə qarşı duran ən böyük güc də məhz Azərbaycan türküdür. Bütöv Azərbaycan savaşımızın şəriksiz lideri Əbülfəz Elçibəyin “Tehran Təbrizin bir yumuruğu ilə dağılacaq” fikri öz təsdiqini tapmaqdadır. Gec-tez dünya tarixinin son impearalist və monarxist ideologiyası olan fars şovinizmi də üçrəngli türk bayrağı altında keçmişə gömüləcək”.

Sonda Vətəndaş Həmrəyliyi Partiyası İran adlanan yeri beynəlxalq hüquq normalarına əməl etməyə səsləyərək, Güney Azərbaycan türklərinin haqlarını təmin etməyi tələb edir. Beynəlxalq təşkilatları və iİnsan hüquqlarını müdafiə edən bütün təşkilatları isə Güney Azərbaycan türklərinin haqq tələblərinə yardımçı olmağa çağırıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?