Modern.az

Sumqayıt Elektrik Şəbəkəsində vəzifəli şəxsin korrupsiya əməli aşkarlandı

Sumqayıt Elektrik Şəbəkəsində vəzifəli şəxsin korrupsiya əməli aşkarlandı

6 Dekabr 2012, 12:44

“Sumqayıt REŞ” MMC-nin mühəndisi Quliyev Məhəmməd İsmət oğlunun qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, M.Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Sumqayıt şəhərində fəaliyyət göstərən mağazanın icarədarından quraşdırılmış sayğaca baxış keçirməklə sərf edilmiş enerji məbləğini müəyyən edib xüsusi hesaba ödəyəcəyi adı ilə müxtəlif vaxtlarda və məbləğlərdə heç bir qəbz vermədən, həmçinin cəmiyyətin hesabına mədaxil etmədən 41 min manat məbləğində vəsaiti alaraq mənimsəyib. Bununla da o, cəmiyyətə külli miqdarda ziyan vurub.

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, fakta görə Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Modern.az    
Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir