Modern.az

Milli Parkda Yeni ilə hazırlıq ayın ortasından başlayacaq – Bakı Bulvar İdarəsi

Milli Parkda Yeni ilə hazırlıq ayın ortasından başlayacaq – Bakı Bulvar İdarəsi

6 Dekabr 2012, 12:54

“Hər il olduğu kimi, bu il də Dənizkənarı parkda Yeni il hazırlıqları yüksək səviyyədə davam edir”. Bu sözləri Modern.az-a açıqlamasında Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib. O, qeyd edib ki, parkın 10 yerində yolka ağacı quraşdırılacaq, onların da yanında Şaxta baba və Qarqız olacaq.

“Ən böyük yolka Kukla Teatrının arxasındakı meydançada olacaq. Orada eyni zamanda monitor olduğu üçün burada da uşaqlar üçünü filmlər, proqramlar göstəriləcək. Ümumiyyətlə, bütün bəzək əşyalarından maksimum səviyyədə istifadə edilməsinə çalışacağıq”.

N. Məmmədov bildirib ki, atəşfəşanlıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edildiyi üçün yeni ilə 3-4 gün qalmış olub-olmayacağı bilinir. “Parkda isə hazırlıqlar dekabrın 15-dən sonra başlanılacaq”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu