Modern.az

Uşaqlara verilən müavinəti kimlər ala bilərlər? - VİDEO

Uşaqlara verilən müavinəti kimlər ala bilərlər? - VİDEO

27 Noyabr 2021, 11:54

Azərbaycanda yeni doğulan uşağa 3 yaşadək qulluğa görə müavinət ödənilir.

 

Müavinətin məbləği uşağın yaşyarımınadək 44 manat, yaşyarımdan 3 yaşadək 28 manat təşkil edir.

 

İşləməyən şəxslərə isə müavinət verilmir.

 

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, sözügedən müavinət işləyən şəxslərə qismən ödənişli sosial məzuniyyətdə olduqları dövr üçün verilir. Bunun üçün işləyən şəxs qismən ödənişli sosial məzuniyyətə çıxmaqla bağlı işlədiyi müəssisəyə müraciət etməlidir.

 

Rəşad Mehdili bildirib ki, əgər şəxs ərizə yazıb uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətə çıxıbsa, müəssisə onun sənədlərini hazırlayıb DSMF-yə təqdim etməlidir.

 

Qeyd edək ki, sənədlərdə çatışmazlıq olduqda səbəbləri qeyd edilməklə, müvafiq düzəlişlərin edilib yenidən göndərilməsi üçün elektron sistem üzərindən müəssisəyə geri qaytarılır.

 

 

Modern.az xəzərxəbər-ə istinadla sujeti təqdim edir:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir