Modern.az

Brüssel görüşü Soçidəkinin davamı olacaq

Brüssel görüşü Soçidəkinin davamı olacaq

27 Noyabr 2021, 12:32

Dünən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə üçtərəfli görüş keçirildi.

 

Dekabrın 15-də isə Brüsseldə Şərq Tərəfdaşlığının Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü planlaşdırılır.

 

Maraqlıdır, Brüsselə Soçidə əldə olunmuş hansı sənədlərlə gedilir?

 

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Modern.az-a danışarkən, Brüsseldə sas məqamın Avropa İttifaqının konflikt vəziyyətdə rolu və yardımları barəsində olacağını deyib:

 

 

"Brüssel görüşü informativdir, əsas məqsəd münaqişədə olan ölkələrin rəhbərlərinə imkan veriblər ki, orada görüşsünlər. Məqsəd odur ki, Avropa İttifaqı məsələnin vasitəçiliyi ilə məşğul deyil, ancaq müxtəlif mövzularda yardımçı olub. Hesab edirəm ki, Həm Ermənistanda, həm də Azərbaycanda mövqe var ki, Avropa İttifaqı humanitar yardımları müxtəlif sahələrdə mina təmizlənməsindən tutmuş, fərqli layihələrə kimi etsin. Əsas məqam və məsələ Avropa İttifaqının konflikt vəziyyətidə rolu və yardımları barəsində olacaq".

 

Politoliq Elxan Şahinoğlu isə Soçidəki fikir mübadiləsinin Brüsseldə davam etdiriləcəyini söyləyib:

 

 

"Brüssel görüşü sıradan bir görüş olacaq. Kommunikasiya xətlərinin açılması və sərhədlərin müyyənləşməsi ilə bağlı məsələlərdən danışıla bilər. Onların əsir, bizim isə diversant kimi adlanıdırdığımız məsələni gündəmə gətirəcəklər. Soçidəki fikir mübadiləsi Brüsseldə davam etdiriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi