Modern.az

Rusiya Elmlər Akademiyasının prezidenti Məleykə Abbaszadə ilə görüşüb

Rusiya Elmlər Akademiyasının prezidenti Məleykə Abbaszadə ilə görüşüb

27 Noyabr 2021, 17:32

Azərbaycana səfərə gəlmiş Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də Dövlət İmtahan Mərkəzində (DİM) olub.

 

Azərbaycan Milli Elmlər Akademiyasından Modern.az-a bildirilib ki, əvvəlcə DİM-də müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunub. Qonaqlar Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar.

 

Sonra DİM-də yerləşən və təhsildə qiymətləndirmə tarixini əks etdirən muzeylə tanışlıq olub. REA-nın prezidenti akademik Aleksandr Sergeyev muzeyin rəy kitabına ürək sözlərini yazıb.

 

Nümayəndə heyəti ilə keçirilən görüşdə son illər Azərbaycan və Rusiya arasında təhsilin qiymətləndirilməsi və elmi-tədqiqat işlərinin aparılması istiqamətində əldə olunan nailiyyətlərdən danışılıb. Həmçinin iki ölkə arasında imzalanmış beynəlxalq müqavilələr əsasında Rusiyanın müvafiq ali təhsil müəssisələrinə ilkin seçim mərhələsinin DİM tərəfindən keçirilməsi, DİM əməkdaşlarının Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi üzrə Avrasiya Assosiasiyasının (EAOKO) tədbirlərində iştirakı və onlayn olimpiadaların keçirilməsinə dəstək kimi məsələlərin vacibliyini vurğulanıb.

 

REA nümayəndə heyətinin rəhbəri akademik A.Sergeyev DİM tərəfindən həyata keçirilən tədbirləri, təhsil sahəsində tətbiq olunan və müasir çağırışlara cavab verən yenilikləri yüksək qiymətləndirib.

 

Görüşdə əməkdaşlığın genişləndirilməsi üçün müzakirələrin davam etdirilməsinin vacibliyi qeyd olunub, təkliflər səsləndirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi