Modern.az

FETO-nun daha 44 üzvü həbs edildi

FETO-nun daha 44 üzvü həbs edildi

27 Noyabr 2021, 17:50

Türkiyədə FETO terror təşkilatına qarşı əməliyyatlar davam etdirilir.

 

Modern.az xəbər verir ki, İzmir Baş Prokurorluğu tərəfindən FETO-nun Türkiyə ordusundakı gizli strukturlarına qarşı aparılan əməliyyatlar çərçivəsində 96 nəfər saxlanılıb.

 

Şübhəlilərdən 9-u dəlil yetərsizliyi, 2-si səhhətindəki problemlərə görə, 26-sı isə “faydalı məlumatlar” verdiyi üçün sərbəst buraxılıb.

 

Ədliyyəyə göndərilən 59 şübhəlidən 44-ü barəsində isə həbs qəti imkan tədbirləri seçilib. Digər 15 nəfərə isə yaşadıqları ərazini tərk etməmək barədə göstəriş verərək sərbəst buraxıblar.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir