Modern.az

BMT ofisində fövqəladə hal

BMT ofisində fövqəladə hal

Təhsil

19 Fevral 2010, 13:07

Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mərkəzi binasının yeməkxanasında içində şübhəli toz olan zərf aşkar olunub. Modern.az xəbər verir ki, dərhal BMT binası bağlanıb və olayla bağlı Nyu-York polisinə məlumat verilib. BMT–nin rəsmi nümayəndəsi Marie Okabenin sözlərinə görə, təşkilatın təhlükəsizlik xidmətinin əməkdaşları şübhəli zərfi araşdırma aparılması üçün polisə təhvil verib.  BMT kuluarlarında zərfin içindən ağ toz çıxması geniş müzakirələrə yol açıb. Polis isə araşdırmaları davam etdirir. Bir qədər əvvəl bir neçə ölkənin BMT-dəki daimi nümayəndəliklərinə də oxşar zərflər göndərilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır