Modern.az

Pandemiyadan əziyyət çəkən sahibkarlara ödənişlərdə nöqsanlar - RƏSMİ

Pandemiyadan əziyyət çəkən sahibkarlara ödənişlərdə nöqsanlar - RƏSMİ

Aktual

29 Noyabr 2021, 11:36

Hesablama Palatası tərəfindən pandemiya ilə mübarizə çərçivəsində dövlət büdcəsindən vergi ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsi vəziyyəti üzrə aparilan uyğunluq auditinin nəticələri haqqinda auditor hesabatı açıqlanıb.

 

Modern.az xəbər verir ki, audit Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (bundan sonra – Dövlət Vergi Xidməti) aparılıb.

 

 

6 aprel 2020-ci ildə işçi qrupunun iclasında ilkin mərhələdə ən çox mənfi təsirə məruz qalan ümumilikdə 13 iqtisadi fəaliyyət sahəsi müəyyən edilmiş, Dövlət Vergi Xidməti tərəfindən isə həmin sahələr Dövlət Statistika Komitəsinin iqtisadi fəaliyyət növlərinin təsnifatına uyğun statistik kodlara uyğunlaşdırılmış və rəsmi internet səhifəsində yerləşdirilib. Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində, yekun olaraq, 387 sayda iqtisadi fəaliyyət növünün kodları və adlarından ibarət “Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı” yerləşdirilmiş, fərdi (mikro) sahibkarlar üzrə isə analoji təsnifat müəyyənləşdirilməyib.

 

 

Muzdlu işçilərinə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı müraciət edən vergi ödəyiciləri üzrə vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər AUDİTOR TRİBUNASI 51 2021, №3 çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayının 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalması, aktiv bank hesablarının olmaması və riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması; fərdi sahibkarlar üzrə isə vergi ödəyicisinin seçdiyi vergi rejiminin uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin olmaması kimi məhdud sayda meyarlar qeyd edilib.

 

Azərbaycan Respublikasının Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 3.1.1-ci yarımbəndi və 3.2-ci bəndi ilə, eyni zamanda həmin Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamla təsdiq edilmiş Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması” istiqaməti üzrə 2-ci “Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə)” və 3-cü “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə)” bəndləri ilə nəzərdə tutulan məsələlərin ünvanlılıq baxımından daha optimal həlli üçün bəzi tənzimləyici müddəalar (vergi ödəyiciləri üzrə risklərin əhatəli dəyərləndirilməsi baxımından) Metodiki Göstərişdə nəzərə alınmayıb.

 

 

Belə ki, Metodiki Göstərişdə (2.10-cu bəndində) muzdlu işçilərinə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı müraciət edən vergi ödəyicilərinə maliyyə dəstəyi çərçivəsində işçinin əməkhaqqı məbləğinin aşağı və yuxarı hədlərinin meyarları dəqiq qeyd olunmuş, fərdi (mikro) sahibkarlar üzrə analoji tənzimləmə aparılmayıb, maliyyə dəstəyinin yalnız aşağı həddi (3.10-cu bənd) müəyyən edilib. Eyni zamanda, dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin göstərilməsinin tam və ya qismən məhdudlaşdırılması ilə əlaqədar: fəaliyyət xüsusiyyətləri (istehsal, idman-sağlamlıq, ictimai iaşə, topdan ticarət və s. bu kimi fəaliyyət növləri üzrə) vergi uçotunda təsərrüfat subyektlərinin (yəni, obyektlərinin) mövcud olmasını şərtləndirən vergi ödəyiciləri üzrə həmin obyektlərin vergi uçotunda olmaması; vergi ödəyicisinin əsas fəaliyyət növünün (təsnifat kodunun) “Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı”na aid edilməməsi; illik gəlirləri, faktiki olaraq, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları” ilə mikro sahibkarlar üçün müəyyən edilmiş minimum həddən (200,0 min manat) yüksək olan fərdi sahibkarların mikro sahibkarlar kimi qiymətləndirilməməsi; müraciətləri əsasında alınmış maliyyə dəstəyi məbləğlərindən asılı olmayan şəraitdə 2019-cu illə müqayisədə 2020-ci ildə gəlirləri artan və ilin yekunlarını yüksək mənfəətlə başa vuran vergi ödəyicilərinə köçürülmüş həmin maliyyə dəstəyi məbləğlərinin sonradan birbaşa və ya dolayısı ilə bərpa olunması; iqtisadi qapanmalar tətbiq olunmayan fəaliyyət növləri ilə məşğul olan fərdi sahibkarlara maliyyə dəstəyinin göstərilməməsi kimi meyarlar Metodiki Göstərişə daxil edilməyib.

 

Auditlə müəyyən edilib ki, Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması” istiqaməti üzrə 2020-ci il ərzində “Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi” üzrə 269,1 mln. manat məbləğində olan proqnoz (dürüstləşdirilmiş) 100,0% deyil, 246,0 mln. manat və ya 91,4% səviyyəsində icra olunub.

 

 

Auditlə müəyyən edilib ki, Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması” istiqaməti üzrə 2020-ci il ərzində “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi” üzrə 116,7 mln. manat məbləğində olan proqnoz (dürüstləşdirilmiş) 100,0% deyil, 112,1 mln. manat və ya 96,1% səviyyəsində icra olunub.

 

Tədbirlər Planının “İqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi” istiqaməti üzrə 2020-ci ilin aprel ayı üçün ilkin olaraq 115,0 mln. manat məbləğində müəyyən edilməklə, sonradan 4 (dörd) sərəncamla dürüstləşdirilərək 5,0 mln. manatadək azaldılmış proqnoz hesabına vergi ödəyicilərinə kompensasiya məbləğlərinin ödənilməsi və ya hər hansı digər xərclərin çəkilməsi halları cari auditlə də öz təsdiqini tapmayıb.

 

Dövlət Vergi Xidmətinin məlumatlarında vergi inzibatçılığı çərçivəsində maliyyə dəstəyinin göstərilməsi prosedurlarını tənzimləyən hüquqi aktlardakı meyarlarla yanaşı əlavə meyarlar üzrə də vergi ödəyicilərinin risk dəyərləndirilməsinin aparılması və nəticələrindən asılı olaraq maliyyə dəstəyinin dayandırılması halları barədə ətraflı qeydlər əks etdirilib. Məlumatlara əsasən, yerli vergi orqanlarının rəyləri əsasında ümumilikdə 3322 vergi ödəyicisinə (2641-nin pandemiyadan zərər çəkən sahədə olmaması, 263-nün riskli olması, 418-nin isə digər səbəblərdən) maliyyə dəstəyinin ayrılmasından imtina edilib. Eləcə də maliyyə dəstəyinin ödənilməsi prosesində işçi sayında 25,0%-dən çox azalmaya yol verilmiş 1822 vergi ödəyicisinə, maliyyə dəstəyi vəsaitlərinin təyinatı üzrə işçilərin əməkhaqlarına köçürülmədiyindən 311 vergi ödəyicisinə, vergi uçotunda təsərrüfat subyekti (yəni, obyekti) olmayan 74 vergi ödəyicisinə, dövriyyəsi 200,0 min manatı keçən, ƏDV qeydiyyatına alınan, xidməti müqavilə ilə muzdla çalışan və gəliri olan 336 fərdi sahibkara növbəti tranşlarda maliyyə dəstəyinin verilməsi dayandırılıb.

 

Dövlət Vergi Xidmətinin məlumatlarında göstərilənlər aşağıda təsbit edilmiş auditin nəticələri üzrə tətbiq edilən meyarların (o cümlədən, maliyyə dəstəyinin göstərilməsi prosedurlarını tənzimləyən hüquqi aktlarda nəzərdə tutulmayan) düzgünlüyünü, eyni zamanda vergi orqanı tərəfindən maliyyə dəstəyinin alınması ilə bağlı müraciət etmiş vergi ödəyicilərinin fəaliyyət göstəricilərinin zəruri risk meyarları üzrə vaxtında tam araşdırılmadığını, ehtiyacların daha ünvanlı qarşılanması baxımından hüquqi aktlardakı meyarların prosesin gedişatında yenilənmədiyini (təkmilləşdirilmədiyini) bilavasitə təsdiq edir.

 

1. Muzdlu işçilərinə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı vergi ödəyicilərinin müraciətlərinin yoxlanılması zamanı aşkar edilə bilən uyğunsuzluqlar kimi Metodiki Göstərişdə yalnız vergi ödəyicisinin fəaliyyət sahəsinin pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayının 1 mart tarixinə olan işçi sayı ilə müqayisədə azalması, aktiv bank hesablarının olmaması və riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi meyarlar əks etdirilib. Auditlə isə Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması” istiqamətinin 2-ci “Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə)” bəndi üzrə maliyyə dəstəyinin göstərilməsi üçün yetərli hüquqi əsasların mövcud olmadığı və ya vergi inzibatçılığı çərçivəsində cari predmet baxımından tətbiq edilməli olan, lakin vaxtında və tam tətbiq edilməmiş əhəmiyyətli meyarların audit zamanı tətbiq olunması ilə yetərli əsasların yaranmadığı aşağıdakı bəzi hallar üzrə də maliyyə dəstəyinin göstərilməsi aşkar olunub. Əsas fəaliyyət növləri istehsal, idman-sağlamlıq, ictimai iaşə, topdan, pərakəndə ticarət və sair bu kimi sahələri əhatə etməklə muzdlu işçilərinin əməkhaqqlarının müəyyən hissəsinin ödənilməsi üçün maliyyə dəstəyinin alınması ilə bağlı müraciət etmiş 1490 (875 hüquqi şəxs, 615 fiziki şəxs) vergi ödəyicisinin fəaliyyət xüsusiyyətləri təsərrüfat subyektlərinin (obyektlərinin) mövcud olmasını faktiki olaraq şərtləndirsə də, müvafiq obyektlərin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinin tələblərinə uyğun vergi uçotunda olmaması (vergi uçotuna alınmaması) şəraitində həmin vergi ödəyicilərinə də maliyyə dəstəyi köçürülüb.

 

İstər əsas, istərsə də digər fəaliyyət növləri neft məhsullarının pərakəndə satışı, çörək istehsalı, əczaçılıq mallarının topdan satışı, içki və tütün məmulatları da daxil olmaqla yeyinti məhsullarının pərakəndə satışı və s. bu kimi sahələri əhatə etməklə əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına uyğun olmaması şəraitində müraciətləri əsasında 19 vergi ödəyicisinə də maliyyə dəstəyi köçürülüb.

 

Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması” istiqaməti üzrə 2-ci “Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi (iş yerlərinin azaldılmaması məqsədilə)” bəndində və Metodiki Göstərişdə maliyyə dəstəyinin vergi ödəyicisinin pandemiyadan zərər çəkmiş fəaliyyət sahəsində çalışan muzdlu işçilərinə göstərilməsi nəzərdə tutulsa da, əsas fəaliyyət növü (təsnifat kodu) “Əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı”na aid edilməyən 3120 vergi ödəyicisinə müraciətləri əsasında bütün muzdlu işçilərinə görə maliyyə dəstəyi köçürülüb.

 

 

Yəni, hüquqi aktlarda nəzərdə tutulmadığı halda, əsas deyil, digər (yardımçı) fəaliyyət növləri “Əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı”na uyğun gələn 3120 vergi ödəyicisinin faktiki olaraq pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrində çalışan muzdlu işçilərinə görə deyil, bütün muzdlu işçilərinə görə maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin hüquqi aktların tələblərinə uyğun olaraq, məhz pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə görə ödənilməsində əminlik yaratmaq üçün vergi ödəyicilərinin şəxsi elektron kabinetlərindəki müraciət formasında “Əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin təsnifatına uyğun gələn fəaliyyət növü üzrə muzdlu işçilərin sayı” adlı mütləq qaydada doldurulmalı olan sətrin (bəndin) əks etdirilməsi təmin edilə bilərdi ki, vergi ödəyicilərinə məsuliyyət yaradan bu operativ və sadə prosedurla da sui-istifadə risklərinin azaldılmasına nail olmaq olardı.

 

Azərbaycan Respublikasının Baş Nazirinin İqtisadiyyat Nazirliyinə ünvanladığı müvafiq dərkənarında (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq müraciəti ilə əlaqədar) dövlət büdcəsindən qismən maliyyələşən müəssisələrin zərərinin onların tabe olduğu mərkəzi icra hakimiyyəti orqanlarının büdcə vəsaitlərinə qənaəti hesabına örtülməsi üçün qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi tapşırılıb. Auditin gedişatında müəyyən edilməklə əlavə olaraq göndərilmiş sorğular üzrə aidiyyəti dövlət qurumlarının rəsmi cavabları ilə dəqiqləşdirilmiş müvafiq məlumatlara əsasən isə həmin tapşırığa riayət edilməsi səviyyəsinin konkret məzmununun müəyyənləşdirilməsi mümkün olmayıb.

 

 

Belə ki, tabe olduqları müvafiq icra hakimiyyəti orqanları tərəfindən (Gənclər və İdman, Mədəniyyət nazirlikləri və s.) dövlət büdcəsinin vəsaitləri hesabına 58 dövlət müəssisəsinə (olimpiya kompleksləri, mədəniyyət ocaqları və kommunal təsərrüfat sahələri) 2019-cu ilə nisbətən 2020-ci ildə əvəzsiz əsaslarla ümumilikdə 3,1 mln. manat və ya 43,8% daha çox vəsaitin maliyyələşdirilməsinə baxmayaraq, müraciətləri əsasında Dövlət Vergi Xidməti xətti ilə də həmin müəssisələrə maliyyə dəstəyi adı ilə əlavə olaraq 1841316,1 manat məbləğində büdcə vəsaiti köçürülüb.

 

2. Fərdi (mikro) sahibkar kimi maliyyə dəstəyinin alınması ilə bağlı vergi ödəyicilərinin müraciətlərinin yoxlanılması zamanı aşkar edilə bilən uyğunsuzluqlar kimi Metodiki Göstərişdə yalnız vergi ödəyicisinin seçdiyi vergi rejiminin uçot məlumat bazasında mövcud olan vergi rejimi ilə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələrinin olmaması kimi meyarlar əks etdirilib. Auditlə isə Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması” istiqamətinin 3-cü “Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi (iş yerlərinin azaldılmaması məqsədilə - əsas meyar kimi 2019-cu ildə vergi ödənişlərini, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata keçirmiş vergi ödəyicilərinə şamil edilməklə)” bəndi üzrə maliyyə dəstəyinin göstərilməsi üçün yetərli hüquqi əsasların mövcud olmadığı və ya vergi inzibatçılığı çərçivəsində cari predmet baxımından tətbiq edilməli olan, lakin vaxtında və tam tətbiq edilməmiş əhəmiyyətli meyarların audit zamanı tətbiq olunması ilə yetərli əsasların yaranmadığı aşağıdakı bəzi hallar üzrə də maliyyə dəstəyinin göstərildiyi aşkar olunub.

 

2019-cu ildə vergi ödənişləri (əvvəlki illərin vergi öhdəliklərinə aid edilməməklə) 153,8 min manat olan 1, 50,0 min manatdan çox olan 5, 25,0 min manatdan çox olan 24 və 10,0 min manatdan çox olan 303 vergi ödəyicisinin illik dövriyyələrinin (gəlirlərinin), şərti olaraq, 200,0 min manatlıq meyarı üstələməsi şəraitində həmin vergi ödəyiciləri vergi inzibatçılığı çərçivəsində zəruri araşdırmalarla əhatə olunmadan mikro sahibkarlıq subyektləri qismində qiymətləndirilmiş və müraciətləri əsasında maliyyə dəstəyi köçürülmüşdür. Belə ki, yuxarıda uyğunsuzluq kimi qeyd olunmuş 200,0 min manatı əhəmiyyətli dərəcədə üstələyən şərti illik dövriyyələr (gəlirlər) həmin vergi ödəyicilərinin ümumi büdcə ödənişi üzrə deyil, yalnız vergi ödənişi (yəni, verginin əsas məbləği) üzrə nəzərə alınmışdır.

 

Metodiki Göstərişin 3.6-cı (3.6.2-ci) bəndinə əsasən, fəaliyyətin mart ayından əvvəl dayandırılmasının maliyyə dəstəyinin göstərilməsindən imtinaya səbəb olan uyğunsuzluq kimi qiymətləndirilməsi şəraitində 1 mart 2020-ci il tarixə fəaliyyəti dayandırılmış 959 fərdi sahibkarın müraciətləri əsasında maliyyə dəstəyi köçürülmüşdür. Yəni, 959 fərdi sahibkarın fəaliyyətinin 01.03.2020-ci il tarixə dayandırılması könüllü qaydada olan prosedurdur ki, bu da həmin vergi ödəyicilərinin fəaliyyətinin pandemiya şəraiti ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər çərçivəsində dayandırılması kimi qiymətləndirilə bilməz və bu meyar Metodiki Göstərişdə də haqlı olaraq əksini tapmışdır.

 

Hesabatda göstərildiyi kimi, “Əməkhaqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin Təsnifatı”na analoji fərdi (mikro) sahibkarlar üçün təsnifat vergi inzibatçılığı çərçivəsində müəyyənləşdirilməyib.

 

Hüquqi aktlarda muzdlu işçilərin əməkhaqları üzrə maliyyə dəstəyi proseduru çərçivəsində neft məhsullarının pərakəndə satışı, neft və təbii qaz hasilatı sahəsində xidmətlərin göstərilməsi, içki və tütün məmulatları da daxil olmaqla, əsasən, yeyinti məhsullarının ixtisaslaşdırılmamış mağazalarda pərakəndə satışı, çörək istehsalı, əczaçılıq mallarının satışı və s. bu kimi fəaliyyət növlərinin pandemiyadan zərər çəkməyən sahələr kimi qiymətləndirilərək məhdudiyyətlərin tətbiq edildiyi halda, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proseduru çərçivəsində iqtisadi qapanmalar tətbiq olunmayan həmin fəaliyyət növləri üzrə məhdudiyyətlər tətbiq edilməyib. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planının “İş yerlərinin və sosial sabitliyin qorunması” istiqamətinin 3-cü bəndinə əsasən, maliyyə dəstəyi yalnız pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara ödənilməli olduğu halda, müraciətləri əsasında faktiki olaraq pandemiyadan zərər çəkməyən (iqtisadi qapanmalar tətbiq olunmayan) fəaliyyət növləri ilə məşğul olan 7570 fərdi sahibkara da maliyyə dəstəyi köçürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır