Modern.az

Zelenski xarici qoşunlarla bağlı Ali Radaya sənəd təqdim etdi 

Zelenski xarici qoşunlarla bağlı Ali Radaya sənəd təqdim etdi 

29 Noyabr 2021, 15:30

Ukrayna prezidenti Vladimir Zelenski 2022-ci ildə ölkəyə xarici qoşunların qəbulunu nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.  

 

Hələlik heç bir mətni olmayan müvafiq sənəd Radanın saytında dərc olunub.

 

Qeyd edək ki, Ukrayna qanunvericiliyi hərbi birləşmələrin işini və digər dövlətlərin hərbi bazalarının ölkə ərazisində yerləşdirilməsini qadağan edir. Hər dəfə prezidentin təklifi ilə xüsusi qanuna uyğun olaraq xarici qoşunların iştirakı ilə təlimlər keçirilir.

 

2020-ci ildə Rada 2021-ci ildə keçiriləcək təlimlərdə iştirak etmək üçün xarici hərbi birləşmələrin Ukrayna ərazisinə buraxılmasına icazə verib . Daha sonra parlamentin qərarı dövlət başçısı tərəfindən təsdiq edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər