Modern.az

18 yaşlı qızın intiharına görə cinayət işi AÇILDI

18 yaşlı qızın intiharına görə cinayət işi AÇILDI

Aktual

29 Noyabr 2021, 17:00

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın hündürmərtəbəli yaşayış binasından özünü ataraq intihar etməsi barədə məlumatlar yayılıb.

 

Yasamal rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, noyabrın 27-si saat 15 radələrində Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Yasamal rayon prokurorluğuna məlumat daxil olub.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi