Modern.az

Gənclər və idman nazirinin iki müavini işdən çıxarıldı, yeniləri TƏYİN EDİLDİ

Gənclər və idman nazirinin iki müavini işdən çıxarıldı, yeniləri TƏYİN EDİLDİ

29 Noyabr 2021, 17:10

Azərbaycan Respublikasının gənclər və idman nazirinə yeni müavinlər təyin edilib.

 

Modern.az xəbər veririr ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.

 

Azərbaycan Respublikası Prezidentinin digər Sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir