Modern.az

Aİ yeni media qanunu hazırlayır

Aİ yeni media qanunu hazırlayır

Dünya

29 Noyabr 2021, 21:24

Avropa İttifaqı (Aİ) media plüralizmini artırmaq və bu sektoru gücləndirmək üçün yeni qaydalar üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının rəsmisi Tierri Breton Brüsseldə keçirilən Avropa Xəbər Media Forumunda çıxışı zamanı məlumat verib.

 

Aİ Komissiyası media sektorunun bütövlüyü və müstəqilliyini təmin etmək üçün gələn il “Media Azadlığı Aktı” təklifini təqdim edəcək.

 

Breton media şirkətlərinin fəaliyyətlərinə hər hansı əsassız müdaxiləyə qarşı tədbir görmək istədiklərini bildirib.

 

Qanunun xarici aktorların Avropada media sektoruna müdaxilələrinin qarşısını alacağını ifadə edən Breton rəqəmsal dövrə uyğun inklüziv media siyasəti qurduqlarını açıqlayıb.

 

Breton əlavə edib ki, Komissiya yeni qanunu qəbul etməzdən əvvəl media nümayəndələri və digər üçüncü tərəflərlə məsləhətləşəcək.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi