Modern.az

Zəngəzur dəhlizi - yeni reallıq

Zəngəzur dəhlizi - yeni reallıq

30 Noyabr 2021, 11:53

30 illik işğala, işğal olunmuş ərazilərdə törədilmiş vandalizmə 44 günlük Vətən müharibəsindəki zəfərdən sonra son qoyuldu. Azərbaycan Qarabağın dirçəldilməsi, bölgədə nəqliyyat infrastrukturunun inkişafını, tərəfdaşlıq və sülh prinsipləri əsasında inkişaf mexanizminin əsasını qoydu.  10 noyabr 2020-ci ildəki Ermənistanın kapitulyasiyası ilə öz məğlubiyyətini boynuna alan Ermənistan bölgədə gedən inkişafa qoşulmaq əvəzinə, bir dalan dövləti kimi yaşamağa və bu proseslərə mane olmağa cəhd edir. Döyüş meydanında qazanılmış möhtəşəm qələbə diplomatik müstəvidə də davam edir. 11 yanvar 2021-ci il Moskva bəyanatı,  26 noyabr 2021-ci ildə qəbul edilmiş Soçi bəyanatını da elə bu kontekstdə Azərbaycanın növbəti diplomatik qələbəsidir.  Soçi görüşü eyni zamanda Ermənistanın kapitulyasiyasının növbəti mərhələsi hesab olunmalıdır. Soçidə aparılmış danışıqlarda və imzalanmış sənəddə Azərbaycanın mövqeyi tam şəkildə əks olundu, maraqları təmin edildi, qarşıya qoyulan məqsədlərə nail olundu.

 

Soçi görüşü eyni zamanda Ermənistan tərəfinin iddialarını da alt-üst etdi, görüşündən öncə müxtəlif uydurma fikirlər əks olaraq, sənəddə hər hansı bir “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinə rast gəlinmədi. Bu da o deməkdir ki, söhbət artıq postmünaqişə dövründən gedir. Ermənistan tərəfinin həmişə iddia etdiyi əsir və ya girovlar məsələsinə də toxunulmadı. Sərhədlərin delimitasiya və demarkasiyasına çağırış edildi, avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olundu. Həmçinin, sənəddə ATƏT-in Minsk Qrupuna dair heç bir bənd olmadı. Cənab prezident bəyan etdi ki, Zəngəzur dəhlizi reallığa çevrilir. 16 noyabr təxribatına verilən layiqli cavabdan sonra Ermənistanı güzəştə məcbur edəcək yeni reallıqlar ortaya çıxdı və Soçi görüşünün, həm rəsmi, həm də qapalı hissəsində Azərbaycanın əldə etdiyi diplomatik nailiyyətlər göstərdi ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasına doğru gedir. Soçidə mina xəritələrin müzakirə olunması da Azərbaycanın uğurudur. Soçidə humanitar məsələlərdə də irəliləyiş əldə olunması barədə fikirlərin olması yaxın gələcəkdə mina problemində, ermənilərin indiyədək Azərbaycana verməkdən imtina etdiyi “mina xəritələri” məsələsində də müsbət irəliləyiş olacaq.

 

Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan eyni zamanda sülhə ən böyük tövhə verərək bölgəyə sabitlik, inkişaf gətirmişdir. Zəngəzur dəhlizinin açılması isə bütün region dövlətlərinə əhəmiyyətli iqtisadi və geosiyasi inkişaf vəd edir.

 

Budaq Cəfərov

Hacıqabul rayon Abdulabad kənd tam orta məktəbin direktoru 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır