Modern.az

Cümə xütbələrində narkomaniyadan danışılsın

Cümə xütbələrində narkomaniyadan danışılsın

Aktual

30 Noyabr 2021, 12:45

"Narkomaniyaya qarşı mübarizədə qanunvericiliyə dəyişiklik edilməli, televiziya və radiolar üzərində öhdəlik qoyulmalıdır"

 

Modern.az xəbər verir ki, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığınıntəminatıdır” mövzusunda Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

 

Şöbə müdiri bildirib ki, bununla bağlı MTRŞ-ya hər ay hesabat verilməlidir:

 

"Eyni zamanda, dini qurumlar cümə xütbələrində, moizələrdə narkomaniya ilə bağlı mövzulara toxunmalıdır. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun Milli Məclisdə qəbul edildi. Həmin qanunun hazırlanmasında mən İşçi Qrupun rəhbəri kimi çıxış edirdim. Onun icrasının monitorinqini keçirdik və məlum oldu ki, həmin qanunun icrası cəmi 7 % təşkil edib. Bu çox pis haldır. Bu gün narkomaniyaya gedən yol tütün məmulatlarının istifadəsindən başlayır. Azərbaycanda elə gənc yoxdur ki, tütündən istifadə etmədən narkotik vasitədən istifadə etsin. ÜST-ün də bu sahədə statistik məlumatları var. Bu statistikalar ciddi statistikadır. Müvafiq komitələr arasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun işləməməsinin səbəblərini biz araşdırmalı, dinləmələr keçirməliyik. Bu gün narkomaniya probleminin kökündə bu qanunun işləməməsi durur. DİN bu qanunun işləməməsi ilə bağlı yaranan problemlərlə üz-üzə gəlib”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi