Modern.az

Tanınmış jurnalist mükafat aldı - FOTOLAR

Tanınmış jurnalist mükafat aldı - FOTOLAR

7 Dekabr 2012, 14:35

Tanınmış jurnalist Seymur Verdizadə Şimali Kipr Türk Respublikasında təşkil olunacaq mərasimdə mükafata layiq görülüb. Modern.az xəbər verir ki, mərasimAvropa  Qəzetçilər Dərnəyi tərəfindən təşkil olunub. Belə ki, AQD hər il müxtəlif sahələrdə uğur qazanan insanları mükafatlandırır.

AQD bu il Jurnalist Araşdırmaları Mərkəzininm sədri Seymur Verdizadəni “İlin jurnalisti” élan edib.
Mərasimində  Seymur Verdizadəyə mükafatı türkiyənin Milliyətçi Hərəkat partiyasından olan millət vəkili Mövlud Dudu təqdim edib.
Mükafatlandırma mərasimində çıxış edən Seymur Verdizadə Azərbaycan mətbuatı barədə iştirakçılara məlumat verib. O qeyd edib ki, ən böyük arzusu Qarabağın erməni işğalından azad olunması ilə bağlı xəbər yazmaqdır.

AQD-nin təşkil etdiyi mərasimdə Milli Məclisin deputatı, professor Musa Qasımlı “İlin millət vəkili”, AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə “İlin elm adamı”, millət vəkili Qənirə Paşayevanın sədri olduğu “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” “İlin qeyri-hökumət təşkilatı”, “Kral RC” MMC-in sədri Rövşən Tağıyev “İlin iş adamı”, əməkdar artist Elza Seyidcahan “İlin müğənnisi”, müğənni Ramal İsrafilov isə “İlin gənc müğənnisi” mükafatına layiq görülüb.

Qeyd edək ki, ”İlin jurnalisti” nominasiyasının qalibi Seymur Verdizadə Modern.az saytının köşə yazarı "Sabiqlər" rubrikasının müəllifidir.






Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir