Modern.az

Şəhid \"İşçi Nəbiyev\" əslində kim idi? - Gizli qəhrəman

Şəhid \

1 Dekabr 2021, 10:57

Xəbər verdiyimiz kimi, ötən gün Xızıda helikopter qəzasında şəhid olanlardan biri də rəsmi siyahıda işçi Nəbiyev Elçin Fikrət oğlu kimi qeyd edilən şəxsdir.

 

Modern.az xəbər verir ki, Azərbaycan Universitetləri səhifəsi N. Elçin haqda bəzi məlumatları paylaşıb. Bildirilir ki, sözügedən şəhid ehtiyatda olan polkovnik olub. O, ilk və yeganə azərbaycanlı olaraq Sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib.

 

Məlumata görə, I Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını, atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Vətən Müharibəsində uğurlu əməliyyatların tərtibində müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhrəmanlarından biridir. 

 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?