Modern.az

Bakıda avtomobildən oğurluq - 10 min

Bakıda avtomobildən oğurluq - 10 min

1 Dekabr 2021, 18:24

Bakıda avtomobildən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, noyabrın 24-də Nərimanov rayonu ərazisində “Mercedes” avtobmobildən 10.000 manat pul və sənəd oğurlanıb.

 

Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Qobustan rayon sakini Z.Şirinov və Qubadlı rayon sakini R.Camalov saxlanılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir