Modern.az

Lavrov yenə Qarabağdan DANIŞDI

Lavrov yenə Qarabağdan DANIŞDI

2 Dekabr 2021, 09:00

Çoxsaylı regional münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin aradan qaldırılması səyləri və Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həlli yollarının axtarışı Rusiya Federasiyasının diqqət mərkəzindədir.

Modern.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rusiyanın xarici siyasətinin prioritetləri” mövzusunda keçirilən “hökumət saatı”nda deyib. 

“Çoxsaylı regional münaqişələrin aradan qaldırılması səyləri diqqət mərkəzində saxlanılır. Rusiya belə böhranların həllinə konkret töhfə verir. Bunlar terrorçuları məğlub etmək və Suriyada siyasi dialoqu təşviq etmək üçün səylərimiz və Dağlıq Qarabağda qan tökülməsinə son qoyulmasında və Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həllinin tapılmasında əsas rolumuzdur. Biz Əfqanıstan, Liviya, Yəmən, İranın nüvə proqramı ətrafında vəziyyət, Fələstin-İsrail məsələlərində, Koreya yarımadasında və digər qaynar nöqtələrdə fəal iştirak edirik”, - deyə Lavrov bildirib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi