Modern.az

“Ermənistan özünü hərbi-siyasi təcrid vəziyyətinə salıb” - İqor Korotçenko

“Ermənistan özünü hərbi-siyasi təcrid vəziyyətinə salıb” - İqor Korotçenko

Aktual

2 Dekabr 2021, 10:39

“Ermənistan hərbi məğlubiyyətə baxmayaraq, Qarabağda qanunsuz separatçı tör-töküntülərin statusu ilə bağlı məsələni qaldırmağa davam edir və özünü KTMT üzvü kimi tam hərbi-siyasi təcrid vəziyyətinə salıb”.

Modern.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq İqor Korotçenko deyib.


Onun sözlərinə görə, Ermənistanı postsovet məkanında lazımsız dövlətə çevrilmə təhlükəsi gözləyir:


“İqtisadi Əməkdaşlıq Təşkilatının başa çatan sammitində həm də KTMT üzvləri sayılan Qazaxıstan, Qırğızıstan və Tacikistan da iştirak edirdi. Bununla birlikdə yekun bəyannamədə İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Azərbaycanı təbrik etdilər.  Analoji mövqeyi Belarus da sərgiləyir. Aleksandr Lukaşenko Azərbaycan və onun qələbəsinə olan rəğbətini gizlətmir. Həmçinin Soçidə keçirilən sammitdə Vladimir Putin də İrəvanın ekspansionist cəhdlərinə hər hansı dəstək barədə bir kəlmə də danışmadı və kommunikasiya, dəhlizlərin açılmasının, demarkasiya-delimitasiya proseslərinin başladılmasının vacibliyini bildirdi”.


İqor Korotçenko deyib ki, həm KTMT-nin özü, həm də ona daxil olan ölkələr Paşinyan rejiminin təxribatlarını təşviq etmək niyyətində deyillər:


“Baş nazir Nikol Paşinyanın ABŞ-ın himayəsi ilə keçiriləcək rusofobik “Demokratiya sammiti”ndə elan olunmuş iştirakı Ermənistanı bütövlükdə postsovet məkanında tərkedilmiş ölkəyə çevirə bilər”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub