Modern.az

Şirvan sakinlərində narkotik AŞKARLANDI

Şirvan sakinlərində narkotik AŞKARLANDI

Aktual

2 Dekabr 2021, 20:22

Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Şirvan şəhər sakini Elçin Qəhrəmanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

 

Dindirilmə zamanı E.Qəhrəmanov narkotik maddəni tanışı Seymur adlı şəxsdən aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakini Seymur Hüseynov da saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı isə psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

 

Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakinləri Əfqan Bədəlov və Canbulad Nərimanov saxlanılıblar. Onların üzərinə keçirilən baxış zamanı isə hər birindən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.

 

Faktlarla bağlı Şirvan ŞPŞ-də cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər