Modern.az

Ümrə ziyarətinin şərtləri DƏYİŞDİRİLİR

Ümrə ziyarətinin şərtləri DƏYİŞDİRİLİR

Aktual

3 Dekabr 2021, 00:03

Yeni növ koronavirusun (COVID-19) Cənubi Afrika Respublikasında ortaya çıxan "Omikron" ştammına görə Səudiyyə Ərəbistanı ümrə ziyarəti üçün yeni şərtlər tətbiq edib.

 

Modern.az "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Həcc və Ümrə İşləri üzrə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, ümrə ziyarəti üçün zəvvarlar Səudiyyə Ərəbistanında təsdiq edilmiş ən azı iki dozada COVID-19 peyvəndi vurdurmalıdır. ÜST tərəfindən təsdiqlənən, lakin Səudiyyənin vaksin siyahısında olmayan peyvəndlərlə vaksinasiya olunan zəvvarlara üç günlük karantin tətbiq ediləcək və onlar karantindən 48 saat sonra mənfi PCR testi təqdim etməlidirlər.

 

Yeni qərara əsasən, zəvvarların krallıqda qalma müddəti 10 gündən 30 günə qədər artırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?