Modern.az

Tam peyvənd olunmuş şəxsdə "Omicron" AŞKARLANDI

Tam peyvənd olunmuş şəxsdə

Aktual

3 Dekabr 2021, 07:55

Yunanıstan vətəndaşı COVID-19-a qarşı tam peyvənd olunsa da, onda koronavirusun yeni ştammı aşkarlanıb.

 

Modern.az yerli KİV-lərə istinadən xəbər verir ki, Səhiyyə naziri Thanos Pleuris və EODY Milli İctimai Səhiyyə Təşkilatının rəhbəri Teoklis Zautis ölkədə ilk dəfə "Omicron" ştammına yoluxma halının aşkar edildiyini təsdiqləyib. Noyabrın 26-da Cənubi Afrikadan Kritə gələn 60 yaşlı iş adamı hazırda karantindədir.

 

Onun hava limanında verdiyi ekspress testin mənfi olduğu bildirilir. Ancaq ertəsi gün yüngül simptomlar müşahidə olunmağa başlayıb.

Gündəlik ekspress testlər verən şəxsdə noyabrın 29-da cavab müsbət çıxıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!