Modern.az

Gürcüstan GUAM-a sədrliyi Moldovaya verdi

Gürcüstan GUAM-a sədrliyi Moldovaya verdi

3 Dekabr 2021, 07:35

GUAM Xarici İşlər Nazirləri Şurasının 38-ci iclasında Gürcüstan sədrliyi 2022-ci ilin yanvarından təşkilata rəhbərlik edəcək Moldovaya təhvil verib.

 

Modern.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkalianinin sədrliyi ilə keçirilən görüşdə 2021-ci ilin yekunları müzakirə edilib. Tərəflər təşkilatın gündəliyində duran əsas məsələləri, o cümlədən perspektiv mövzuları nəzərdən keçiriblər. 

 

Qeyd edək ki, GUAM 1997-ci ildə Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən yaradılmış regional təşkilatdır. Təşkilatın adı üzv ölkələrin adlarının ilk hərflərindən formalaşıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi