Modern.az

Diplomat olmaq istəyənlər üçün İMTAHAN

Diplomat olmaq istəyənlər üçün İMTAHAN

Aktual

3 Dekabr 2021, 09:20

Dövlət İmtahan Mərkəzi (DİM) Xarici İşlər Nazirliyi (XİN) ilə birgə diplomatik xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

 

XİN-dən Modern.az-a bildirilib ki, nazirlikdə diplomatik xidmətə qəbul üzrə imtahan 2022-ci ilin yanvarın 23-də baş tutacaq.

 

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı DİM-in internet portalında 23 dekabr 2021-ci il saat 10:00-dan 12 yanvar 2022-ci il saat 18:00-dək həyata keçiriləcək.

 

Qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

 

"Nəzərinizə çatdırırıq ki, namizədlərin sınaq imtahanı 26 dekabr 2021-ci il tarixində keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyatı Dövlət İmtahan Mərkəzinin internet portalında 8 dekabr 2021-ci il saat 10:00-dan 19 dekabr 2021-ci il saat 18:00-dək həyata keçiriləcək. Sinaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq", - məlumatda qeyd olunub.

 

Bildirilib ki, namizədlər aşağıda qeyd olunan link vasitəsilə qəbul qaydaları və müsabiqə şərtləri ilə tanış ola bilərlər.

 

//exidmet.dim.gov.az/elimt/XINTest/elan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir