Modern.az

Zəfər amnistiyası ilə azadlığa çıxanların SAYI

Zəfər amnistiyası ilə azadlığa çıxanların SAYI

3 Dekabr 2021, 11:07

Penitensiar Xidmət üzrə 5 noyabrdan 1 dekabra qədər 1787 nəfərə amnitsiya aktı təqdim edilib.

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova bildirib.

 

O bildirib ki  Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibəti ilə amnitsiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində 1787 nəfər məhkum haqqında amnitsiya aktı tərtib edilib:

 

"Onlardan 34 nəfər qadın, 2 nəfər yetkinlik yaşına çatmayanlar və 60 nəfər isə 60 yaşlı məhkumlardır. Artıq 1391 nəfər məhkum azad edilib. Onlardan 1023 nəfər cəza çəkmə müəssisələrindən, 368 nəfər isə məntəqə tipli cəzaçəkmə müəssisəsindən evlərinə yola salınıb. 359 nəfər məhkum müalicəyə yönləndirilib, müalicə tədbirləri bitdikdən sonra azadlığa buraxılacaq. 64 nəfər məhkumun isə cəzası 6 ay azaldılıb".

 

A. Sabitova qeyd edib ki, bu gün Pentensiar Xidmət üzrə beş cəzaçəkmə müəssisəsindən 114 məhkum azadlığa buraxılacaq.

 

Qeyd edək ki, 5 noyabr tarixindən başlayan Amnistiya 4 ay müddətində davam etdiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı