Modern.az

1 saylı cəzaçəkmə müəssisəsində 19 nəfər azadlığa buraxılır

1 saylı cəzaçəkmə müəssisəsində 19 nəfər azadlığa buraxılır

Aktual

3 Dekabr 2021, 11:20

Penitensiar Xidmət üzrə 1 saylı cəzaçəkmə müəssisəsindən amnitsiya şamil edilən 9 nəfər azad edilib.

 

Modern.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

 

O bildirib ki, gün ərzində 1 saylı cəzaçəkmə müəssisəsindən ümumi 19 nəfərin azadlığa buraxılması gözlənilir:

 

"Onlardan artıq 9 nəfər azadlığa buraxılıb, 10 nəfərin sənədi isə gün ərzində Prokurorluqdan göndərilən kimi icra ediləcək"

 

Qeyd edək ki,  Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibıti ilə amnitsiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnitsiya aktı tətbiq edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir