Modern.az

“Strategiya layihəsi təsdiq üçün Prezidentə təqdim edilib”

“Strategiya layihəsi təsdiq üçün Prezidentə təqdim edilib”

İqtisadiyyat

3 Dekabr 2021, 12:16

Milli Məclisin plenar iclası davam edir.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov çıxış edir.

 

Baş nazir çıxışı zamanı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə aktiv müzakirəsinə, deputatların təkliflərinə görə təşəkkür edib.

 

Ə.Əsədov deyib ki, deputatların sualları hökumət üzvləri tərəfindən cavablandırılıb.

 

Baş nazir nəzərə çatdırıb ki, gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir:

 

“Hamımız fəxr hissi keçiririk ki, işğal altındakı torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilib. İşğaldan azad edilmiş torpaqlarla bağlı məsələlər büdcədə prioritet istiqamət kimi nəzərə alınıb. Tarixi çağırışlar nəzərə alınaraq, Prezident tərəfindən 2030-cu illə bağlı prioritetlər barədə sərəncam imzalayıb, hökumətə sosial-iqtisadi inkişaf strategiyanın hazırlanması ilə bağlı tapşırıq verilib. Strategiya layihəsi hazırlanıb və təsdiq üçün Prezidentə təqdim edilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir