Modern.az

ABŞ dövlət katibindən Putinə sərt CAVAB: “Qorxursa...”

ABŞ dövlət katibindən Putinə sərt CAVAB: “Qorxursa...”

4 Dekabr 2021, 11:15

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Şimali Atlantika Alyansı – NATO Rusiyaya qarşı aqressiv addımlar atmaq niyyətində deyil.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Blinken bu haqda danışarkən deyib:

“Düşünürəm ki, ən mühüm şey – və hansı ki prezident (Rusiya lideri Vladimir Putin) buna məhəl qoymur– NATO-nun müdafiə ittifaqı, şəffaf bir qurum olmasıdır”, – Blinken rəsmi Moskvanın “qırmızı xətlər” hesab etdiyi bəyanatlarını, xüsusilə, NATO infrastrukturunun Rusiya sərhədlərinə daha da yaxınlaşması və Ukrayna ərazisində zərbə komplekslərinin, eləcə də hipersəs silahlarının yerləşdirilməsi barədə iddialarını şərh edərkən deyib.

ABŞ dövlət katibi bildirib ki, NATO Rusiyaya qarşı yönəlmiş ittifaq deyil:

“Bu, Rusiyaya qarşı aqressiv hərəkətlərə əl atmaq niyyətində olan alyans deyil”.

Blinkenin sözlərinə görə, son illərdə bu regionda görülən yeganə təcavüz təəssüf ki, Rusiyadan gəlib:

“Əvvəlcə Gürcüstana, sonra isə Ukraynaya... Beləliklə, mən hesab edirəm ki, bu, hadislərə çox yanlış baxma üsuludur".


“Hazırda mövcud olan yeganə təhlükə Rusiyanın Ukraynaya qarşı yeni təcavüz cəhdidir. Biz bu cəhdin həyata keçməməsini istəyirik",- Amerika diplomatiyasının rəhbəri deyib.

Blinkenin sözlərinə görə, Moskvanın hərəkətləri NATO-nun müdafiəsini gücləndirməyə, o cümlədən “Rusiyaya yaxınlaşmağa” səbəb olub.

“Prezident Putin bunun qarşısını almaq istədiyini deyir. O bunu nəzərə almalı və əgər təhlükəsizliklə bağlı əsaslı qorxuları varsa, təxribat xarakterli hərəkətlərə əl atmamalı, alyansı müdafiəsini gücləndirməyə məcbur etməməlidir", - Blinken deyib.


A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir